Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi
Xəbərlər
10 Noyabr , 2016

10-13 noyabr 2016-cı il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində “Valideynlərə uşaqlar üçün hekayələrin, nağılların oxunması” mövzusunda seminar-treninq keçirildi. Tədbiri giriş sözü ilə MKS-nin direktoru Elmira xanım Əliyeva açaraq tədbir iştirakçılarını salamladı, tədbirin məqsədi və məramı haqqında ətraflı məlumat verdi və treninq iştirakçılarına işlərində uğurlar arzuladı. Üç gün davam edən treninqdə 
1.“Uşaqlarda mütailəyə marağın oyadılması”

2. “Kitabı uşağa necə sevdirməli?

3. “Uşaqların yaş həddinə görə kitabların seçilməsi.”

4. “Oxumaq vərdişi ailədə qazanılmalıdı” mövzularında təlimlər keçirilmişdir. Təlimləri Uşaq şöbəsinin müdiri Ellada Rəhimova, Mərkəzi Kitabxananın metodiki işlərin təşkili şöbəsinin uşaq kitabxanaları üzrə metodisti Rəqibə Rüstəmova aparmışdır. Tədbirin sonunda valideynlərdən Günel Piriyeva belə tədbirlərin təşkili üçün öz təşəkkürünü bildirdi və belə tədbirlərin vaxtaşırı keçirilməsini xahiş etdi.