Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi
Xəbərlər
26 Dekabr , 2017

Tədbir dahi rus yazıçısı Lev Tolstoyun anadan olmasının 135 illiyi münasibətilə gerçəkləşib.

Şöbənin kitabxanaçısı Nərmin Həsənova iştirakçılara yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Müzakirə zamanı şagirdlərin fikirləri, düşüncələri əsər haqqında olan maraqlı təəssüratları tədbiri daha da canlandırıb. Baş qəhrəman avar Hacı Muradın həm özününkülərlə, həmdə ruslarla mübarizə aparmaq məcburiyyətində qalmasından ətraflı söhbət aparılıb.

Sonda şagirdlər L.Tolstoyun əsərlərindən ibarət kitab sərgisi ilə tanış olub və yazıçının həyat və yaradıcılığından bəhs edən video-çarxa tamaşa ediblər.