Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi
Tədbirlər
16 Sentyabr , 2019
Gəncə şəhər MKS-nin Uşaq şöbəsində 16.09.2019-cu il tarixində “Bilik günü” və yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq “Elm əqlin zəkasıdır” başlığı altında məktəblilərlə görüş keçirildi.
Tədbiri giriş sözü ilə açan şöbənin müdiri Ellada Rəhimova məktəbliləri bu əlamətdar gün münasibətilə təbrik etdi, onlara yeni-yeni təhsil uğurları arzuladı. Bildirdi ki, bütün tatix boyu elmə, biliyə yiyələnmək hər zaman şərəfli iş olmuşdur. Bu yolu inamla getmək üçün isə bütün şagirdlər dərslərini yaxşı oxumalıdır ki, gələcəkdə vətənimizi layiqincə qoruya bilsinlər.
Görüşdə iştirak edən 27 və 44 saylı məktəb-liseyin şagirdlərinin ifasında vətənə, biliyə,elmə aid şeirlər səsləndi.