Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi
Tədbirlər
5 Fevral , 2020
Gəncə MKS-nin Uşaq şöbəsində 05.02.2020-ci il saat 11.00-da Beynəlxalq İnternet Təhlükəsizliyi Günü ilə əlaqədar olaraq ”İnternet heç bir dövlət sərhəddi tanımır” başlığı altında söhbət keçirildi.
Tədbirdə iştirak edən 16 saylı məktəbin IV sinif şagirdlərinə şöbənin müdiri Ellada Rəhimova bildirdi ki, sürətli və sərhədsiz əlçatanlıq sayəsində həyatı əhəmiyyətli dərəcədə asanlaşdıran internet, uşaqlar üçün həm əyləncə, həm də tədris vasitəsidir. İnternetdən təhlükəsiz istifadə hər bir kəsin həyatında mühüm rol oynasa da uşaqlar üçün bu təhlükəsizliyin daha vacib olması əsas amillərdən biridir. Belə ki, internetdən istifadə zamanı onlar ilk növbədə zərərli informasiyalardan və proqramlardan uzaq durmalıdırlar. Ən əsası isə ehtiyatlı olmalıdırlarkı ehtiyatsızlq ucbatından
düzgün olmayan informasiyanı daxil edib hamıya yaya bilərlər və eləcədə kompüter virusa yoluxa bilər. Tədbirin keçirilməsində əsas məqsəd məktəbliləri gündəlik həyatımızın əsas hissəsi olan onlayn texnologiyalardan təhlükəsiz və məsuliyyətli istifadənin təbliğ edilməsidir. Tədbirdə həmçinin mövzu ilə bağlı şagirdlərində fikirləri dinlənildi və maraqlı müzakirələr aparıldı.