MKS-nin 5 saylı kitabxana filialı

MKS-nin 5 saylı kitabxana filialı
Tədbirlər
10 May , 2018
Gəncə şəhər MKS- nin 5 saylı kitabxana filialında Ümumimilli Lider Heydər Əliyevin doğum günü münasibəti ilə “ Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir “ başlığı altında sərgi təşkil edildi.Sərgidə Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən kitablar nümayiş etdirildi. Böyük kitabxanaçı Həsənova Nazilə Ulu Öndərin həyat fəaliyyəti və sərgidə olan kitablar haqqında oxuculara qısa xülasə verərək qeyd etdi ki, bu tədbiri keçirməklə biz Ümumimilli Liderimizi anmaqla yanaşı, dəyərli həyatını və əvəzsiz fəaliyyətini bütünlüklə doğma xalqinin rifahının yüksəlməsinə,vətənin tərəqqisinin təmin edilməsinə yönəltmiş Heydər Əliyev şəxsiyyətinin ,bütün bəşəriyyət üçün nümünə olan irsinin yaşadılması, gənclərə aşılanmağa çalışırıq. Unutmaq olmaz ki, bizim bu günümüz kimi ,sabahımız da Heydər Əliyev müdrikliyinin zirvəsindən bəhrələnir və onun dərin zəkasının müəyyən etdiyi kürsla irəli gedəcək.