MKS-nin 11 saylı kitabxana filialı

MKS-nin 11 saylı kitabxana filialı
Tədbirlər
6 Dekabr , 2018
06.12.2018-ci il tarixində MKS-nin 11saylı kitabxana filialında Qırğız xalq yazıçısı Çingiz Aytmatovun anadan olmasının 90 illiyi münasibətilə “Çingiz Aytmatov yaradıcılığı” adlı “Gün var əsrə bərabər” romanının, “Əlvida, Gülsarı!”, “Dəniz kənarıyla qaçan Alabaş”, “Ağ gəmi” və “Cəmilə” povestlərinin, Çingiz Aytmatovun “Seçilmiş əsərləri” I və II cildliklərinin, “Çingiz Aytmatov: türk ruhunun qələbəsi” adlı kitablarının xülasəsi keçirildi. 
Tədbiri filialın böyük kitabxanaçısı Gülnar Hüseynova açaraq Çingiz Aytmatovun həyat və yaradıcılığı haqqında qısa məlumat verdi. 
Zəmanəmizin görkəmli Qırğız yazıçısı Çingiz Aytmatovun yaradıcılığı dərin milli xüsusiyyətlərə malik olduğu kimi, həm də ümumbəşəri mahiyyət və məzmun ifadə edir. Onun dünya ədəbiyyatında böyük hadisə sayılan əsərləri realizmin tükənməz bədii və idraki gücünü nümayiş etdirir. Çingiz Aytmatov üçün ədəbiyyatda yeganə “böyük mövzu”- İnsan mövzusu var.
Sonra böyük yazıçının “Gün var əsrə bərabər” romanının, “Əlvida, Gülsarı!”, “Dəniz kənarıyla qaçan Alabaş”, “Ağ gəmi” və “Cəmilə” povestlərinin xülasəsini etdi.
Tədbirin sonunda yazıçının kitablarından ibarət kitab sərgisi nümayiş etdirildi.