MKS-nin 11 saylı kitabxana filialı

MKS-nin 11 saylı kitabxana filialı
Tədbirlər
12 Dekabr , 2018

Gəncə şəhəri MKS-nin 11 saylı kitabxana filialında Ümumilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Ulu bir sərkərdə, ulu bir öndər” başlıqlı kitab sərgisi keçirildi.

Tədbiri filialın böyük kitabxanaçısı açaraq bildirdi ki,12 dekabr Heydər Əliyevin anım günüdür. Bu gün böyük siyasətçi və dövlət xadiminin vəfatından 15 il ötür.

Dekabrın 12-si xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin anım günüdür.

Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.

İllər keçəcək, müstəqil Azərbaycanın hakimiyyət olimpinə çox siyasi xadimlər gələcək, amma ümummilli lider Heydər Əliyevin göstərdiyi xidmətlərin səviyyəsinə qalxmaq, onun ucaldığı zirvəyə çatmaq kimsəyə nəsib olmayacaqdır.

Sərgidə Ulu öndərin həyatı və siyasi fəaliyyətini əks etdirən kitablar nümayiş olundu.