MKS-nin 11 saylı kitabxana filialı

MKS-nin 11 saylı kitabxana filialı
Tədbirlər
5 May , 2019
06.05.2019-cı il tarixi MKS-nin 11 №-li kitabxana filialında Əlillərin Beynəlxalq Müdafiəsi günü münasibəti ilə “Əlillərə qayğı bizim mənəvi borcumuzdur” başlığı altında görüş keçirildi. 
MKS-nin 11 saylı filialının kitabxanaçısı Nailə Məmmədova I qrup əlil Şahin Məmmədovun evində olmuş, apardığı kitablarla ona səyyar kitabxana xidməti göstərmişdir. Nailə Məmmədova Əlillərin Beynəlxalq Müdafiəsi günü və Azərbaycan Respublikasında əlillərə göstərilən dövlət qayğısı haqqında geniş məlumat verdi, özü ilə gətirdiyi bir neçə kitabların xülasəsini etdi. Əlisəfa Azayevin “Casusun ifşası” və Firuz Mustafanın “Dəniz köçü” kitabları müəyyən bir müddətlik istifadə üçün oxucuya təqdim edildi.
Məmmədovlar ailəsi bu xidmətdən razı qalaraq öz minnətdarlıqlarını bildirdilər və belə ziyarətlərin tez-tez təşkil olunmasını xahiş etdilər.