MKS-nin 11 saylı kitabxana filialı

MKS-nin 11 saylı kitabxana filialı
Tədbirlər
31 İyul , 2019
29.07.2019-cu il tarixdə MKS-nin 11 №-li kitabxana filialında görkəmli nasir, ədəbiyyatşünas, xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasınn 100 illiyi münasibəti ilə tədbir keçirildi.
Əvvəlcə filialın böyük kitabxanaçı Gülnar Hüseynova iştirakçılara yazıçının həyatı, yaradıcılığı haqqında məlumat verdi və “Dəli Kür” kitabının qısa xülasəsini etdi. Sonra isə yazıçınin eyniadlı romanı əsasında quruluşçu rejissor Hüseyn Seyidzadənin 1969-cu ildə çəkdiyi tammetrajlı “Dəli Kür” bədii filmi nümayiş olundu.