MKS-nin 13 saylı kitabxana filialı

MKS-nin 13 saylı kitabxana filialı
Tədbirlər
4 Mart , 2019
Azərbayacan Respublikası Rezidentinin sərəncamına əsasən Azərbaycan ədəbiyyatının görkəmli klassiki C.Cabbarlının 120 illiyinin qeyd olunması ilə əlaqədar Gəncə şəhər MKS-nin 13 №-li kitabxana filialında 04.03.2019-cu il saat 1100-da Azərbaycan ədəbiyyatının görkəmli klassiki C.Cabbarlının “Hekayələr” kitabının təqdimatı keçirildi. Tədbirdə kitabxananın kiçik yaşlı, fəal oxucuları iştirak etdi. Kitabxanaçı Könül Qafarova kitabı oxuculara təqdim edərək bildirdi ki, Azərbaycan ədəbiyyatının görkəmli klassiklərindən biri olan C.Cabbarlı öz əsərləri ilə milli dramaturgiyamızı daha da zənginləşdirmişdir. Yazıçı zəngin və hərtərəfli yaradıcılıq yolu keçmiş, ədəbiyyatın epik, lirik, dram növlərində gözəl əsərlər yazmışdır. Kitabxanamıza yeni daxil olmuş bu kitab C.Cabbarlının seçmə hekayələrindən təşkil olunub. “Aslan və Fərhad”, “Mənsur və Sitarə”, “Əhməd və Qumru”, “Altun Heykəl”, “Papaq”, “Gülər” “Çocuq” və s. hekayələr kitabda toplanmışdır. 
Kitabxanaçı oxuculara kitabxanamızdan istifadə etməklə, kitabla yaxından tanış olub, hekayələrini maraqla oxuya biləcəklərini tövsiyyə etdi. Kitab kiçik yaşlı oxucuların marağına səbəb oldu.