MKS-nin 13 saylı kitabxana filialı

MKS-nin 13 saylı kitabxana filialı
Tədbirlər
29 Mart , 2019
Gəncə şəhər MKS-nin 13№-li kitabxana filialının əməkdaşları 29.03.2019-ci il tarixdə Gəncə Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyasında kiçik yaşlı, fiziki qüsurlu uşaqlara “Nağıllar aləminə səyahət” başlıqlı nağıl saatı təşkil etdi. Məktəbin 1-ci sinifində təhsil alan uşaqlara kitabxanaçı Həsənpur Mələknaz “Əlcək”, “Qırmızıyanaqla Qırmızıpapağın nağılı”, “Xoruz”, “Balaca Aytən”, “Təranənin oyuncaqları” nağıllarını oxudu. Seçilmiş şəkilli nağıllar uşaqların marağına səbəb oldu. Uşaqlar nağılları maraqla dinlədilər. 
Əsas məqsədimiz fiziki məhdudiyyəti olan oxucularımıza daha həssas yanaşmaq, onlara qayğı göstərmək və tələbatlarına uyğun kitabla təmin etməkdir.