e-Bankinq - Müasir telekommunikasiya vasitələrindən istifadə etməklə şirkət    ofisindən bank hesablarının etibarlı və operativ idarə olunması
 
9 fevral 2010-cu il tarixində "Sistem Texnologiyaları" (Minsk) və "ULTRA" şirkətləri arasında bank sektoru üçün Azərərbaycana informasiya texnologiyalarının tədarükü üzrə tərəfdaşlıq razılaşması imzalanmışdır. "ULTRA" şirkəti "Sistem Texnologiyaları" şirkəti ilə birgə məhsulları Azərbaycan üçün uyğunlaşdırıb və inteqrasiya həllərinin birgə tətbiqini həyata keçirir.

Məhsullar yüksək imtinaya davamlılığı, təhlükəsizliyi, yüksək keçiricilik qabiliyyəti və həcmləndirilməsi ilə fərqlənirlər.
  ST.BANK.IT. Elektron bank

Elektron bank alt sistemi – İnternet, mobil və stasionar telefon rabitəsi və s. kanallarından istifadə etməklə bank müştərilərinə xidmətlərin göstərilməsi üçün nəzərdə tutulub.


 

 

ST.BANK.IT. Elektron bank alt sistemi – İnternet, mobil və stasionar telefon rabitəsi və s. kimi müasir telekommunikasiya kanallarından istifadə etməklə "Müştəri-Bank" sistemi vasitəsilə bank müştərilərinə (hüquqi şəxslərə) kompleks şəklində xidmətlərin göstərilməsi üçün nəzərdə tutulub.
     Sistemin üstünlükləri

"MailBank" və "InternetBank" modulları alt sistemin biznes funksiyalarının vahid toplusundan istifadə edən tərkib hissələridir.


 

 

"MailBank""InternetBank" modulları alt sistemin biznes funksiyalarının vahid toplusundan istifadə edən tərkib hissələridir. Bank xidmətlərinin göstərilməsi artıq "InternetBank"da dünyanın istənilən nöqtəsindən İnternetə qoşulmuş kompüter vasitəsilə mümkündür.

ST.BANK.IT. Elektron bank alt sistemi öz müstəqil informasiya infrastrukturuna malikdir ki, bu da bank müştərilərinə həm off-line, həm də on-line rejimlərdə kompleks elektron xidmətlərinin göstərilməsini təmin edir. Alt sistem kommersiya bankında istifadə olunan avtomatlaşdırılmış bank sistemindən (ABS) ASILI DEYİL. Bu İT həll müştəri vəsaitlərinin baş ABS-dən hərəkəti barədə operativ məlumatın alınması üçün çevik mexanizmlərə malikdir. Maliyyə məlumatının və elektron imzanın şifrələmə mexanizmlərinin alt sistemdə mövcudluğu açıq rabitə kanalları vasitəsilə bank əməliyyatlarının həyata keçirilməsi zamanı bank müştərilərinə məxfilik və təhlükəsizlik barədə zəmanət verməyə imkan yaradır.
Təhlükəsizlik sistemlərinə bankın xüsusi tələbləri olarsa, ST.BANK.IT. Elektron bank alt sistemi bank tərəfindən təklif olunmuş digər şifrələmə və elektron imza sistemlərinə uyğunlaşa bilər.
  ətraflı
            Xidmətlər

ST.BANK.IT.Elektron bank alt sisteminin təqdim etdiyi xidmətlər xüsusilə öz vaxtının dəyərini bilən müştərilər üçün əvəzolunmazdır.


 

 

ST.BANK.IT.Elektron bank alt sisteminin təqdim etdiyi xidmətlər xüsusilə öz vaxtının dəyərini bilən müştərilər üçün əvəzolunmazdır.

ST.BANK.IT.Elektron bank alt sistemi müştərilərə aşağıdakı üstünlükləri verir:
• aktiv və passiv əməliyyatların icrası zamanı yüksək operativlik sayəsində vaxta qənaət (pul vəsaitlərinin idarə olunması);
• dünyanın istənilən nöqtəsində bank xidmətlərinin mümkünlüyü (hesablara nəzarət);
• nəqliyyat və kuryer xərclərinə qənaət;
• bank xidmətlərindən 24 saat ərzində istifadə imkanı;
• ödəniş və digər maliyyə sənədlərinin banka təhlükəsiz, zəmanətli çatdırılması və emalı;
• elektron rəqəmsal imza vasitələrindən istifadə etməklə elektron sənəd dövriyyəsinin tətbiqi vasitəsilə ödəniş sənədlərinin kağız arxivinin praktiki olaraq tam istisna edilməsi;
 
Tərkibi və funksional imkanları: "Bank serveri" modulu

"Bank serveri" modulu Bu modul ST.BANK.IT. Elektron bank alt sistemində mərkəzi moduldur.


 

 

Elektron bank – istənilən elektron kanallardan daxil olan (İnternet, modem pulu (simli rabitə), GSM mobil telefon rabitəsi (SMS və USSD)) müştəri sorğularının avtomatik emalı mərkəzidir. Bundan əlavə, modul inzibatçılıq sistemini və müştərilərdən alınmış müxtəlif növ sənədlər üzərində əməliyyatların icra olunması üçün avtomatlaşdırılmış iş yerlərini daxil edir. Modul müştərilərin, onların maliyyə obyektlərinin məlumat bazasını daxil edir, sorğulara, həmçinin obyektlərə və sorğuların emalı prosedurlarına, hüquqların yoxlanması vasitələrinə və alqoritmlərinə, dövri göndəriş vasitələrinə, yenilənmələrin göndərişinə, audit üçün sorğular jurnalına və ST.BANK.IT. Elektron bank alt sisteminin fəaliyyət göstərməsi və monitorinqi üçün tələb olunan digər vasitələrə hüquqları müəyyənləşdirir və nəzarət edir.
Modul çevik sazlanma sisteminə malikdir ki, bu da onu banklarda qoyulmuş müxtəlif ABS-lə birgə istifadə etməyə imkan verir.
Bu modul ST.BANK.IT. Elektron bank alt sisteminin istənilən konfiqrasiyasında mövcud olmalıdır.
 
Tərkibi və funksional imkanları: "MailBank" modulu

"MailBank" modulu Modul müştərilərə elektron poçt vasitəsilə uzaqdan xidmətin göstərilməsi üçün nəzərdə tutulub.


 

 

Modul müştərilərə elektron poçt vasitəsilə uzaqdan xidmətin göstərilməsi üçün nəzərdə tutulub. İki komponentdən ibarətdir: "Müştəri""Bank".
"Müştəri" komponenti bank müştərisinin kompüterində quraşdırılır və məlumatın daxil edilməsi, saxlanılması, banka göndərilməsi, məlumatın bankdan qəbul edilməsi və saxlanılması üçün nəzərdə tutulub. Elektron poçtla iş üçün quraşdırılmış vasitələrə və kriptoqrafiya sisteminə malikdir.
"Bank" komponenti "Bank serveri" moduluna və bankın "Baş Mühasibat Kitabı" ilə inteqrasiya modullarına əsaslanır.
Bank tərəfindən "MailBank" modulu istifadə olunduqda ödənişlərin keçmə sürəti artır. İşin yüksək opeativliyi ödəniş tapşırığının elektron şəkildə hazırlanması bank əməkdaşı tərəfindən deyil, müəssisə əməkdaşı tərəfindən həyata keçirilçməsi ilə şərtləndirilir. Bundan əlavə, ilkin ödəniş sənədlərinin kağız daşıyıcılarında hazırlanmasına ehtiyac yoxdur. Bunun əvəzinə həftədə bir dəfə elektron sənədlər reyestri hazırlanır ki, nəticədə nağdsız ödənişlərin aparılması məqsədilə banka gündəlik olaraq gəlmə ehtiyacı aradan qalxır. Bu vaxta və maliyyə vəsaitlərinə qənaət etməyə imkan verir.
 
Tərkibi və funksional imkanları: "İnternetBank" modulu

Modul İnternet şəbəkəsi vasitəsilə xidmətlərin göstərilməsi üçün nəzərdə tutulub.


 

 

Modul müştərilərə elektron poçt vasitəsilə uzaqdan xidmətin göstərilməsi üçün nəzərdə tutulub. İki komponentdən ibarətdir: "Müştəri""Bank".
"Müştəri" komponenti bank müştərisinin kompüterində quraşdırılır və məlumatın daxil edilməsi, saxlanılması, banka göndərilməsi, məlumatın bankdan qəbul edilməsi və saxlanılması üçün nəzərdə tutulub. Elektron poçtla iş üçün quraşdırılmış vasitələrə və kriptoqrafiya sisteminə malikdir.
"Bank" komponenti "Bank serveri" moduluna və bankın "Baş Mühasibat Kitabı" ilə inteqrasiya modullarına əsaslanır.
Bank tərəfindən "MailBank" modulu istifadə olunduqda ödənişlərin keçmə sürəti artır. İşin yüksək opeativliyi ödəniş tapşırığının elektron şəkildə hazırlanması bank əməkdaşı tərəfindən deyil, müəssisə əməkdaşı tərəfindən həyata keçirilçməsi ilə şərtləndirilir. Bundan əlavə, ilkin ödəniş sənədlərinin kağız daşıyıcılarında hazırlanmasına ehtiyac yoxdur. Bunun əvəzinə həftədə bir dəfə elektron sənədlər reyestri hazırlanır ki, nəticədə nağdsız ödənişlərin aparılması məqsədilə banka gündəlik olaraq gəlmə ehtiyacı aradan qalxır. Bu vaxta və maliyyə vəsaitlərinə qənaət etməyə imkan verir.
 
      MultiChannel sistemi

ST.BANK.İT MultiChannel alt sistemi öz müstəqil informasiya infrastrukturuna malikdir ki, bu da bankın fərdi müştərilərinə kompleks elektron xidmətlərinin göstərilməsini mümkün edir.


 

 

ST.BANK.İT MultiChannel alt sistemi öz müstəqil informasiya infrastrukturuna malikdir ki, bu da bankın fərdi müştərilərinə kompleks elektron xidmətlərinin göstərilməsini mümkün edir və kommersiya banklarında istifadə olunan avtomatlaşdırılmış basnk sistemlərindən (pərakəndə, kart, ödəniş sistemləri və s.) ASILI DEYİL. Bu İT həll müştəri vəsaitlərinin hərəkəti barədə operativ məlumatın alınması üçün çevik mexanizmlərə malikdir.
Alt sistem loqin, parol və avtorizasiya kodu əsasında xüsusi autentifikasiya vasitələrinə malikdir. Həmçinin autentifikasiya və əməliyyatların təsdiq olunması üçün aparat qurğuları ilə generasiya olunan birdəfəlik parollardan istifadə imkanı vardır (OTP – One-Time Passwords). SMS, USSD kanalları vasitəsilə göndərilən parollar əsasında ödənişlərin təsdiq olunmasının əlavə vasitələrindən istifadəni sazlamaq mümkündür.
Şifrələmə mexanimlərinin alt sistemində maliyyə məlumatının və elektron imzanın mövcudluğu açıq rabitə kanalları vasitəsilə bank əməliyyatlarının həyata keçirilməsi zamanı bank müştərilərinə məxfilik və təhlükəsizlik barədə zəmanət verməyə imkan yaradır.
 
 
 
 
 
 
   
 
 
   
     
 
 
     
   
     
 
 
     
     
     
     
Copyright 2011. Ultra