İnformasiyanın mühafizəsi üzrə tələblərin müəyyən edilməsi

İnformasiyanın qorunmasının qiymətləndirilməsi avtomatlaşdırılmış sistemdə informasiya təhlükəsizliyi vəziyyətinin müəyyən edilməsi və informasiya təhlükəsizliyi siyasətinin işlənib hazırlanması üçün informasiyanın mühafizəsi üzrə tələblərin formalaşdırılması məqsədilə həyata keçirilir.

Mühafizənin qiymətləndirilməsi gedişində həyata keçirirlir:

• avtomatlaşdırılmış sistemin mühafizəsi sinfinin müəyyən edilməsi, avtomatlaşdırılmış sistemdə informasiya təhlükəsizliyinin vəziyyətinin təhlili, təşkilati, normativ-hüquqi və texniki mühafizə tədbirlərinin kifayətliyi və düzgünlüyü;
• emal edilən informasiyanın növündən və kritikliyindən çıxış edərək informasiyanın mühafizəsi ilə bağlı tələblərin, informasiyanın mühafizəsi ilə bağlı normativ və qanunvericilik sənədlərinin tələblərinin, eləcə də avtomatlaşdırılmış sistemini informasiya və texniki xüsusiyyətlərinin formalaşdırılması;
• informasiya təhlükəsizliyi siyasətinin formalaşdırılması üçün əsas məlumatların və tövsiyələrin hazırlanması, sistemin yoxlanması və risklərin təhlili zamanı müəyyən edilən informasiya təhlükəsizliyinə təhlükələrdən mühafizə alt sistemlərinin yaradılması və ya təkmilləşdirilməsi.

İnformasiya təhlükəsizliyinin auditi

İnformasiyanın mühafizəsinin təhlili və qiymətləndirilməsi giriş məhdudiyyətli informasiyanın mühafizəsi üzrə təşkilati-sərəncamverici sənədlərə uyğunluq, funksionallıq və qiyməti lə bağlı tələblərə cavab verən informasiya mühafizəsinin səmərəli qurulması və müəssisənin informasiya təhlükəsizliyi konsepsiyasının (siyasətinin) işlənib hazırlanması üçün əsas məlumatların alınmasına imkan verəcək.


 
 Bank.İT.Elektron bank
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün