İnformasiya təhlükəsizliyi sisteminin layihələndirilməsi

Bu işin məqsədi - avtomatlaşdırılmış sistemin yaradılması prosesində və ya fəaliyyət göstərən AİS-də informasiyanın mühafizəsinin ən yaxşı kompleks sisteminin (İMS) yaradılmasıdır.

AİS-də informasiya təhlükəsizliyini təmin edən sistemin yaradılmasına daxildir:

• AİS-in yoxlanmasının həyata keçirilməsi, informasiyanın mühafizə sistemi ilə bağlı prioritetlərin, tələblərin və məhdudiyyətlərin müəyyən edilməsi üzrə layihə və konstruktor sənədlərin təhlili;
• informasiyanın mühafizə sisteminin arxitekturasının işlənib hazırlanması;
• AİS-də informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə çözümün seçilməsi və əsaslandırılması;
• AİS-də informasiya təhlükəsizliyi vasitələrinin tərkibi, xüsusiyyətləri və quraşdırılma yerinin müəyyən edilməsi;
• AİS-də informasiya təhlükəsizliyi vasitələrinin iş və quraşdırılma rejimimlərinin müəyyən edilməsi;
• AİS-də informasiyanın mühafizəsinin idarəetmə sisteminin qaydalarının işlənib hazırlanması;
• AİS-də aşkarlayıcı vasitələrin istifadəsi ilə bağlı tövsiyələrin, informasiya mühafizəsi sisteminin səmərəliliyinə nəzarət və zəif cəhətlərinin işlənib hazırlanması;
• AİS-də İMS-nin müşayiət edilməsi qaydalarının işlənib hazırlanması;
• informasiyanın mühafizəsi ilə bağlı lazımi şərtlərin işlənib hazırlanması;
• AİS-də informasiya təhlükəsizliyi ilə bağlı kompleks təşkilati tədbirlərin işlənib hazırlanması;
• AİS-də informasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı lazımi təşkilati-sərəncamverici sənədlərin işlənib hazırlanması;
• İMS tətbiq mərhələlərinin və qaydalarının işlənib hazırlanması;
• İMS tətbiqi zamanı Sifarişçi ilə məsləhətləşmə.

ULTRA şirkəti informasiya təhlükəsizliyi ilə bağlı məsələlərin həlli məqsədilə təşkilati-sərəncamverici sənədlər (TSS) paketinin hazırlanması ilə bağlı öz xidmətlərini təklif edir.


 
 Elektron təhsil
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün