IP kameralar əsasında inteqrasiya olunmuş videomüşahidə sistemləri

Ultra şirkəti məqsədini İP-videomüşahidəni daha münasib qiymətə və geniş mütəxəssis dairəsində populyar olmasına yönəldərək yerli bazarda şəbəkə həllərini təqdim edən ilk Azərbaycan şirkəti oldu.

İnternet-kameralar (İP-kameralar) distansion müşahidə aparmaq, qulaq asmaq və dialoq aparmağa imkan yaradan təhlükəsizliyin təminatı üçün nəzərdə tutulan kompleks sistemdir. Bu çoxfunksional kameralar binanın və ya kampusun İnternet şəbəkəsinə və geniş zolaqlı İnternet qovşağına qoşulur. Çox keyfiyyətli CCD sensor, rəqəmsal böyütmə funksiyası, səsin ikitərəfli ötürmə imkanı və idarə etmək və bir neçə kameralardan eyni zamanda müşahidə etmək üçün əlavə proqram təminatı ilə təchiz olunan bu kameralar videomüşahidənin lokal şəbəkədən və ya distansion olaraq dünyanın istənilən nöqtəsindən aparılmasına imkan verən kompleks sistemdir.

Web - serverlə quraşdırılan avtonom sistem

Internet-kamera quraşdırılmış prosessor və Web-serverdən ibarətdir ki, bu da evin, ofisin və ya müəssisənin müşahidə probleminin baxa olmayan həllini təmin edir. Quraşdırılmış Web-server kameraya kompüterin qoşmaq məcburiyyətini aradan qaldırır. Quraşdırdıqdan sonra kameraya daxil olmaq, kökləmələri dəyişmək və videogörüntünü canlı olaraq müşahidə etmək üçün quraşdırılmış İP-ünvandan istifadə etmək olar.

Yüksək keyfiyyətli video üçün CCD sensoru və rəqəmsal böyütmə

İP kameraları MPEG-4 Simple Profile Mode formatlı, videogörüntünün canlı yayımını təmin edən saniyədə 30 kadra qədər olan kadr tezliyi ilə axar videodan istifadə edirlər. CCD sensoru aydın görüntü və rənglərin təbii çatdırılmasını təmin edir. Bundan əlavə, kameralar Web-interfeys vasitəsilə yaxınlaşdırılmış müşahidə üçün 4-dəfəyə qədər rəqəmsal böyütməyə malikdir(bəzi modellərdə isə hətta 10-dəfəyə qədər optik böyütmə mümkündür). Həmçinin, işığa olan yüksək həssaslıq nəticəsində kameralar minimal işıqlandırılan otaqlarda belə müşahidə etmək və görüntünü yazmaq imkanını yaradır, bu da öz növbəsində İP-kameraları gecə istifadəsi üçün ideal edir.

Qulaq asın, müşahidə edin və məsafədə dialoq aparın

Kameralar həm görüntünü , həm də quraşdırılmış mikrofon vasitəsilə uzaq məsafədən eşitmək mümkün olan səsi tuta bilir. Kameralar kompütersiz birbaşa lokal şəbəkəyə və yaxud İnternetə qoşulduğundan mövcud olan şəbəkə ətrafına asan inteqrasiya edilir. Bu kameralar ikitərəfli səs ötürülməsini təmin edərək videomüşahidə sistemini yeni səviyyəyə qaldırır. Səsucaldıcını əlavə edərək kamera quraşdırılan yerdə hər kiminlə distansion dialoq aparmaq olar.

Bir neçə kameradan eyni zamanda müşahidə etmək imkanı

Görüntünün müşahidəsi üçün nəzərdə tutulan əlavə olunmuş proqram təminatı bir kompüterin ekranında eyni vaxtda 16 kameradan olan görüntüləri müşahidəsinə imkan verir. Alınan görüntü kompüterin daimi yaddaşına əllə və ya müəyyən olunmuş cədvəllə yazıla bilər. Kamera xarici siqnalizasiya sistemlərinə və ya datçiklərə qoşula bilər, həmçinin qeyri-adi hadisələr haqqında xəbərdarlıq etmək üçün e-mail vasitəsilə avtomatik xəbərdarlıq sistemlərini kökləmək mümkündür.

Hərəkət detektoru

Günün 24 saatını, həftədə 7 gün fasiləsiz yazmaq əvəzinə görüntü yalnız hər hansı hərəkət qeydə alınan zaman yazıla bilə. Bu diskdə yer saxlayır və lazımsız görüntülərin seyrinə sərf olunan vaxta qənaət edir. Görüntü sıxılmış vəziyyətdə daimi yaddaşa və ya şəbəkə avadanlığının məlumat bazasına yazıla bilər. Yazılmış hadisələrin tez gözdən keçirmə və məlumat bazasında axtarış funksiyalarını istifadə etdikdə yazılan görüntüləri seyr etmək çox az vaxt tələb edir.

Quraşdırmanın sadəliyi

Quraşdırmaq və qoşulmaq üçün lazım olan bütün avadanlıqlar İnternet-kameraların komplektinə daxildir. Quraşdırmanın sadəliyi və daxil olan Web-interfeys sayəsində kameranı mövcud olan şəbəkə əhatəsinə inteqrasiya etmək çox asandır. Kameralar Universal Plug-n-Play standartına çox ciddi əməl edir, bu da Windows XP/Vista ilə idarə olunan kompüterlərə avtomatik olaraq kameranı görmək və öz şəbəkəsinə daxil etmək imkanı verir. Kameraya daxil olmaq və görüntüləri müşahidə etmək şəbəkənin hər bir işlək stansiyasından mümkündür.

Dynamic DNS-in İnternet-də bir çox pulsuz xidmətlərindən istifadə etdikdə kameraya asan yadda qalan domen adını təyyin etmək olar (məsələn, www.mycamera.myddns.com). Bu İP-ünvanı yadda saxlamadan kameraya distansion giriş təmin edir, hətta İnternet xidmətlərinin provayderi onu dəyişsə belə.

VİRDİ Həlləri
Barmaq izləri vasitəsilə sistemə daxil olma

Heç bir şey insanın əl izləri qədər unikal ola bilməz. Buna görə də barmaq izləri ilə daxil olma imkanını verən sistemi yaratmaq məntiqə uyğun olardı. Bu ideya VİRDİ - barmaq izləri əsasında identifikasiya sistemi tərəfindən həyata keçirilmişdir.
Bu sistem barmaq izlərin unikal olduğundan xüsusi identifikasiyada istifadə edərək işçi heyətin daxil olmaq icazəsini yoxlayır.

Hər bir müəssisənin əsas kapitalı - onun əməkdaşlarıdır. Onların iş saatları - əsas aktiv və bərpa olunmayan ehtiyatdır. VİRDİ xüsusi olaraq insanlar və onların iş saatların idarə olunması üçün yaradılıb.
Iş vaxtının qeydiyyatı və daxil olmağa nəzarət barmaq izləri vasitəsilə aparılır. Hr bir insanın barmaq izləri unikaldır, onları itirmək, borc almaq, oğurlamaq və ya unutmaq mümkün deyil. Amma identifikasiya zamanı təqdim etmək çox asandır.
Barmaq izləri yad daşıyıcını deyil, insanı xarakterizə edir .Sizin əməkdaşlar görürlər ki, VİRDİ cansız buraxılış kartları və jetonlarla deyil, onlarla - yani insanlarla işləyir.

Hər bir istifadəçi öz individuallığını hiss edir və bunun nəticəsində öz məsuliyyəti və vacibliyini anlayır.
VİRDİ - şirkətinizin şöbələri və xidmətləri və bütün əməkdaşlarınız üçün əvəz olunmaz kömkçidir.
Modul strukturu bütün əsas şöbələrə iş vaxtının idarə olunması üçün effektiv vasitələr təklif edir.

Bu modul rəhbərlərə, kadr şöbələrin işçilərinə və mühasibatlara onunla xeyirlidir ki, bu modulun köməyi ilə tez və asan müxtəlif hesabatlar yaratmaq və əməkdaşların ezamiyyəti, xəstəlik vərəqələri və s hadisələri haqqında məlumat daxil etmək mümkündür.

Şirkətin rəhbəri
• Əmək intizamına riayət etməsi, əməkdaşların iş yerlərində olması və ya olmaması barədə dərxal tam məlumatı əldə edir
• şaxələnmiş hesabat sistemi vasitəsilə iş vaxtının istifadəsini ətraflı analiz edir
• işçi heyətin nəzarəti ilə bağlı mühafizəkar əməliyyatlardan azad olur

VİRDİ - nin koməyi ilə nəyə nail olur:
• əməkdaşların gecikmələrin azaldılması nəticəsində şirkətin gəlirlərinin artması
• hesabat xarakterli məlumatların şəffaflığının yüksəlməsi
• əmək resursların səmərəli paylaşdırılması
• operativ məlumatın əldə edilməsi
• əmək haqqının "şişildirilmiş" fondunun ləğv olunması (natamamlıqlar, "ölü ruhlar")

Kadrlar şöbəsi - işçi heyət xidməti
• avtomatizə olunmuş qaydada asan və tez ümumi və ətraflı hesabatları, həmçinin iş vaxtının qeydiyyat tabelini yaradır
• natamamlıqlar, normadan artıq işləmələr, gecikmələr, üzrsüz işə gəlməmələr, əməkdaşların işə tez gəlmələri və işdən gec çıxmaları haqqında tam məlumat əldə edir.
• VİRDİ tərəfindən təqdim olunan məlumatları əmək intizamını və daxili nizam qaydalarını pozanlarla işində istifadə edir

VİRDİ - nin koməyi ilə nəyə nail olur:
• Hesabatların hazırlanmasında əl əməyin aradan qaldırılması
• Iş vaxtının qeydiyyatının və məlumatların əsasında qəbul edilmiş qərarların etibarlılığı və dəqiqliyi
• əvvəllər ayrı olan məlumatların effektiv birləşdirilməsi və başqa məlumat sistemlərinə rahat ixracı
• əmək intizamının və motivasiyanın artması

Mühasibatlıq
• hər bir əməkdaşın müəyyən edilmiş dövr ərzində işlədiyi saatların miqdarı ümumiyyətlə iş vaxtının qeydiyyatı haqqında dəqiq və ətraflı məlumatları alır
• BioTime sistemi tərəfindən təqdim olunan məlumatları müxtəlif formatlarda digər sistemlərdə işləmək üçün ixrac edə bilir
• "kağız" sənədlərdə təqdim olunan məlumatlar və əməkdaşların işə gəldiyi və getdiyi vaxt haqqında həqiqi məlumatlar arasında uyğunluğu dəqiqləşdirir.

VİRDİ - nin koməyi ilə nəyə nail olur:
• əmək haqqın dəqiq və effektiv hesablanması
• tarif dərəcələrin idarə olunması, gecə və iş vaxtından artıq görülən işin əmək haqqının rahat hesablanması
• iş vaxtının qeydiyyatı haqqında olan məlumatların 1C-dən idxalı və 1C-ə tez ixracı
• kağız sənədlərin işlənməsinə vaxt və gücün sərf edilməsinin istisna olunması
• katiblik, dispetçer və s. xidmətlər
• hər zaman əməkdaşların idə olması və ya olmaması haqqında doğru məlumata malik olmaq
• rəhbərin (və, əgər
• lazımdırsa, müştərilərin,
sifarişçilərin) tələbi ilə işdə olmayan əməkdaşın işə nə zaman
gəlməsi
haqqında məlumatı verə bilər

Mühafizəçilər daxil olma nəzarət məntəqəsinin keçməsi haqqında məlumat alırlar.

Təhlükəsizlik xidməti
• şirkətin otaq və binalarına fiziki daxil olmasına effektiv nəzarət edir
• xüsusi əhəmiyyət kəsb edən obyektlərə səlahiyyətli əməkdaşların baş çəkmələrin əlavə nəzarəti üçün daxil olmanın məhdudlaşdırılma funksiyasından istifadə edir.(anbarlar, serverlər və s.)
• canlı yayım rejimində əməkdaşların daxil olma nəzarət məntəqəsindən keçməsi haqqında məlumat alır
• itirilmiş və sıradan çıxmış maddi identifikatorların əvəzinə yenisinin alınmasını istisna edir
• əməkdaşların daxil olma nəzarət məntəqəsindən keçməsi bütün faktlar üzrə sübutu bazanın yaradılması

VİRDİ - nin koməyi ilə nəyə nail olur:
• kartların deyil, insanların daxil olmalarına nəzarət
• mövcud olan daxil olma nəzarət vasitələrinə biometrik sistemin əlavə olunması
• daxil olma birləşmiş nəzarət sisteminin mərkəzləşdirilmiş idarə etmə
• tez-tez müşahidə olunan yaddan çıxmış kartoçkalar, jetonlar, icazənamələrlə bağlı problemin aradan qaldırılması

İT-xidmət
• istifadəçilərin idarə olunması üçün effektiv vasitədən istifadə edir
• itirilmiş kart və jetonların bərpası ilə bağlı problemlərdən azad olur
• biznes-prosessləri dayandırmadan konfiqurasiyaya tez və asan əlavələr edə bilir

VİRDİ - nin koməyi ilə nəyə nail olur:
• istifadəçilərin idarə olunmasına sərf edilən vəsaitin azaldılması
• itirilmiş və /və ya sıradan çıxmış kart və jetonların əvəzinə yenilərin alınmasına vəsaitin sərf olunmaması
• minimal səylərlə sistemin tez mərkəzləşdirilmiş quraşdırılması
• Sistemin inzibatında, müşayiət olunmasında, yeniləşdirilməsində və genişləndirilməsində rahatlıq


 
 U-SAFE
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün