Məlumat ötürmə şəbəkələrinin təhlükəsizliyi

ULTRA şirkəti sizin məlumat ötürmə şəbəkənizin etibarlı işləməsi - şəffaf mühafizə və şəbəkə siyasətinin idarə edilməsi üçün müasir çözüm təklif edir.

İT-risklərin azaldılması

Məntiqi platforma təqdim edən Self-Defending Network (Özü müdafiə olunan şəbəkə) çözümü aşağıdakılara imkan verir:

• şəbəkənin təhlükəsizliyi ilə bağlı risklərin minimuma endirilməsi;
• idarəetmə xərclərinin azaldılması;
• həll variantının ümumi dəyərinin aşağı salınması;
• artıq mövcud olan şəbəkə infrastrukturuna asan inteqrasiya olunan çözümünün əldə edilməsi.

Şəbəkənin müdafiəsi üzrə həll variantı aşağıdakılara imkan verir:

• təhlükəsizlik rejiminin qurulmasının operativ şəkildə idarə edilməsi və metodların tətbiqinə nəzarət edilməsi;
• şəbəkənin hər bir ünsüründən müdafiə nöqtəsi kimi istifadə edilməsi;
• qapalı korporativ informasiyanı məlumat sızmasından mühafizə edilməsi;

Korporativ şəbəkənin təhlükəsizliyi

Korporativ informasiya sistemlərinin və şəbəkələrinin təhlükəsizliyi yeni texnologiyalara və müasir avadanlıqlara kompleks yanaşma sayəsində təmin edilir. ULTRA şirkəti korporativ şəbəkənin bütün sistemlərinin fasiləsiz işləməsini dəstəkləyən bir sıra çözümlər təklif edir.

Şəbəkələrarası ekran - təhlükəsizlik sisteminin ən mühüm tərkib hissəsidir. Bu, korporativ şəbəkə resurslarının ümumi istifadədə olan şəbəkələrdən icazəsiz girişindən müdafiəsi üçün proqram-aparat kompleksidir. Fasiləsiz iş vaxtını və biznesin səmərəliliyini maksimuma çatdırır. İstifadəçilərin işinin səmərəliliyini artırır (spamın filtrasiyası və yüklənən veb səhifələrin içindəkilərə nəzarət).

Korporativ şəbəkənin kompleks müdafiəsi. İnternet şəbəkəsində işləyərkən bir sıra mümkün xoşagəlməz hallara rast gəlinir: virus, soxulcanlar, izləyici proqramlar, spam və fişinq. Ona görə də kompüter şəbəkələrinin xaricdən icazəsiz girişə qarşı mühafizəsi xüsusilə vacibdir. Biz yüksək səviyyəli təhlükəsizlik şəraitini, xüsusi əhəmiyyətə malik sistemlərə edilən hücumların və ya şəbəkəyə daxil olma cəhdlərinin cəld və səhvsiz müəyyən edilməsini təmin edirik. Girişə nəzarət şəbəkə resurslarına girişi vacib olan bütün cihazlarda təhlükəsizlik metodlarının uyğunlaşmasını yaxşılaşdıracaq.

Virtual xüsusi şəbəkələr kənar şəxslərə qapalı informasiya mübadiləsi kanalının yaradılmasına imkan verir. Bu, İnternet şəbəkəsindən istifadə edərkən korporativ şəbəkənizin əhatə dairəsini genişləndirməyə, ona uzaqlaşdırılmış ofislər yaratmağa, uzaqlaşdırılmış əməkdaşları işə cəlb etməyə, kənardakı biznes tərəfdaşlarının şirkətin daxili resurslarına giriş icazəsinin verilməsinə imkan verir. Bizim çözümümüz real zaman rejimində məlumatların böyük kütlələrlə mübadiləsini təmin edir, birgə işin səmərəliliyini, təhlükəsizliyini və məhsuldarlığını artırır.

Təhlükəsizliyin idarə edilməsi qurulma, monitorinq, təhlil və çevik reaksiya vermə də daxil olmaqla şəbəkə təhlükəsizliyinin idarə edilməsi ilə bağlı aparılan əməliyyatlara aid edilən vəzifələrin sadələşdirilməsinə və avtomatlaşdırılmasına icazə verir. Biz məlumatların, əlavələrin və həyati əhəmiyyətli biznes proseslərinin müdafiəsini təmin edən vasitələr təqdim edirik.

Səslərin, məlumatların və video çəkilişlərin ötürülməsi üçün vahid konvergent şəbəkə biznes proseslərinin səmərəliliyini və təhlükəsizlik səviyyəsini artırır. Çözüm zənglərin emalı, telefonlar və kənar qurğular üçün proqram təminatını özündə ehtiva edir.


 
 U-SAFE
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün