Konfransların eyni vaxtda keçirilməsi

"Alyans" konfrans əlaqə sistemi eyni vaxtda 10-a qədər konfransın keçirilməsinə imkan verir. Sistemə konfransın idarə edilməsi üçün istifadə edilə bilən bir fərdi kompüter qoşulur.

Konfransları eyni vaxtda idarə etməyin aşağıdakı variantları mümkündür:

• Bütün konfransların idarə edilməsi üçün fərdi kompüterdən (FK) istifadə edilir;
• Bir konfransın idarə edilməsi üçün FK-dan, digərlərinin idarə edilməsi üçün isə müxtəlif telefon aparatlarından (TA) istifadə edilir;
• Bütün konfransların idarə edilməsi müxtəlif telefon aparatları ilə həyata keçirilir.
Şəkildə audiokonfrans iştirakçılarının "Alyans" sisteminə qoşulmasının sxemi verilmişdir.

"Konqress" konfrans-əlaqə sistemi də 10-a qədər konfransın eyni vaxtda idarə etməyə icazə verir. Konfransın nəzarət-idarə edilməsində bir FK-dan (server) istifadə edilir. İstənilən konfransın idarə edilməsini onun iştirakçısı ya öz fərdi kompüterindən (müştəri), ya da öz telefon aparatından həyata keçirə bilər.

Şəkildə audiokonfrans iştirakçılarının "Konqress" sisteminə qoşulmasının sxemi verilmişdir.

 


 
 Elektron təhsil
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün