Vahid əlaqə mərkəzinin yaradılması

ULTRA şirkəti korporativ telefon sistemlərinin, call- və əlaqə mərkəzlərinin yaradılmasına dair xidmətləri təklif edir. Bu cür layihələrin həyata keçirilməsi üçün şirkətdə zəruri vasitələrlə və tətbiq metodologiyasına malik səlahiyyət mərkəzi yaradılmışdır.

ULTRA şirkəti tərəfindən təklif edilən telekommunikasiya xidmətləri bütün növ telefon xidmətlərini (ənənəvi, kompüter, İP-telefon), telefon əsaslı proqram-aparat sistemlərini (call-mərkəzləri, əlaqə mərkəzlərini, xüsusiləşdirilmiş pultları və iş yerlərini və s.), magistral əlaqə kanallarını, müxtəlif sistemlərin qoşulmasını və digər texnologiyaları əhatə edir.

ULTRA şirkətinin mütəxəssisləri müştəri ilə işlə bağlı bütün biznes-proseslər və xidmətlərin bir yerə toplanaraq avtomatlaşdırılması üçün call- və əlaqə mərkəzləri əsasında xüsusiləşdirilmiş vertikal qərarların kompleksini işləyib hazırlamışlar. SİTRONİCS Məlumat Texnologiyaları tərəfindən təklif edilən universal və müəyyən sahələrə aid olan qərarlar sırasına "Dispetçer xidməti", "Qaynar xətt", "Helpdesk müştərilərinə dəstək xidməti", "Sifarişlərin qəbulu xidməti", "Müştərilərə zəng etmə xidməti", "Müəssisənin call-mərkəzi" və s. daxildir.


 
 Elektron təhsil
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün