Layihələr

2012

•   Azərbaycan Respublikası Təhsil Nazirliyi və “ULTRA” şirkəti tərəfindən  kolleclər üçün “Orta ixtisas təhsil sisteminin vahid idarəetmə portalı” yaradılmışdır.
•   Heydər Əliyev adına Fondunun Mətbuat xidməti və Ultra şirkətinin texniki dəstəyi ilə Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva-nın rəsmi saytı hazırlanmışdır.
•   Ultra şirkəti NikoilBank üçün avtomatlaşdırılmış “Elektron Sənəd Dövriyyəsi” sistemini tədbiq etmişdir.
•   E-təhsil sisteminin tədbiqi ilə dərslərin elektron qaydada keçirilməsi təşkil olunmuşdur.
•   Heydər Əliyev Fondunun rəsmi veb səhifəsi yaradılmışdır. Fonda yerləşən muzeyin virtual 3D turu hazırlanmışdır.
•   Azərbaycan Dövlət Təhsil Nazirliyində təhsilin tanınmasının nostrifikasiyası elektronlaşdırılması üçün baza yaradılmışdır.
•   Ultra şirkəti ”Eurovision 2012”  mahnı müsabiqəsinin Eurovision.az  portalını hazırlamışdır və  portalın təhlükəsizliyinin təmin edilməsinə görə Azərbaycan Respublikası Rabitə və        İnformasiya Texnologiyaları Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşdur.
•   Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ”ASAN xidmət” 1 saylı mərkəzinin tam infrastrukturu qurulmuş,  inteqrasiya sistemləri tətbiq edilmiş və ən son texnologiyalar əsasında rəsmi saytı hazırlanmışdır.
•   Bellona mağazası üçün  1C üzərində anbar proqramı tədbiq olunmuşdur.
•   Heydər Əliyev Fondunun dəstəyi ilə Ultra şirkəti  tərəfindən FlytoBaku saytı yaradılmışdır.
•   “E-təhsil” sistemində Dərs cədvəlinin avtomatik hazırlanması modulu tədbiq olunmuşdur.


2011

•  «Maliyyə Monitorinq Xidməti» layihəsi Milli Bankda 1C bazasında tətbiq olunmuşdur.
•   «Sosial proqramın idarə edilməsi» layihəsi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində tətbiq olunmuşdur.
•   Ultra Şirkəti Azərbaycan Respublikası hökuməti və Microsoft şirkəti arasında proqram təminatının lisenziyalaşdırılması üzrə uzun müddətli Enterprise Agreement müqaviləsinin imzalanması zamanı vasitəçi qismində iştirak etmişdir.
•  "E-imza” layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəhbərliyi altında Ultra və Microsoft şirkətləri tərəfindən həyata keçirilmişdir və Azərbaycan Respublikasının “Elektron imza və elektron sənəd” haqqında qanununa uyğundur..
•   Megapolis Doc.Net elektron sənəd dövriyyəsi layihəsi Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Məlumat Mərkəzində tətbiq olunmuşdur.


2010

•   2008-2012-ci illər üçün Təhsilin İnformasiyalaşdırıması üzrə Azərbaycan Respublikasının Dövlət Proqramı çərçivəsində 20-dən çox məktəbdə e-Təhsil sistemi tətbiq edilib.
•   Azərbaycan Respublikası İqtisadi İnkşaf Nazirliyində “Megapolis DocNet” e-Sənəd dövriyyəsi və “HRM – Kadrların İdarəolunması” sistemi tətbiq edilmişdir.
•   Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində, UniBank və XalqBank ASC-də “Microsoft Enterprise Agreement” korporativ lisenziyalaşdırma sistemini tətbiq etmişdir.

 

2009

•   2008-2012-ci illər üçün Təhsilin İnformasiyalaşdırıması üzrə Azərbaycan Respublikasının Dövlət Proqramı çərçivəsində yaradılan Təhsil Nazirliyinin Məlumat və Resurs Mərkəzinin tam İT infrastrukuru qurulmuşdur. Data Mərkəzində server otağı, müşahidə kameraları, təhlükəsizlik üçün fingerprint sistemi quraşdırılmış və müasir telekommunikasya və kompüter avadanlıqları ilə təchiz edilmişdir.
•   RAMADA Hotel-də simsiz internet şəbəkəsi və server quraşdırılmışdır.
•   Təhsil Nazirliyinin binasında İP telefoniya, İT infrastruktur və keçid-buraxılış üçün VİRDİ sistemi qurulmuşdur.
•   Rabitə və İnformasiya Telekommunikasiya Nazirliyinin BƏHM idarəsində serverlərin yenidən qurulması üzrə işlər görülmüşdür.
•   UniBank-ın korporativ lisenziyalaşdırılma proqramını həyata keçirməyə başlamışdır. "Microsoft Enterprise Agreement" lisenziyalaşdırma proqramını qoşmuşdur.
•   AzərSu ASC-nın yeni binasında İT infrastruktur qurmuşdur.
•   Ədliyyə Nazirliyinin Dövlət Reyestr xidmətinin göstərdiyi yeni binada tam İT infrastrukturun qurulması, server otağının yaradılması və digər telekommunikasiya işləri görülmüşdür.
•   Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində korporativ lisenziyalaşdırma proqramı qurulmuşdur.

 

2008

•   İsmayıllı rayonunda Heydər Əliyev adına muzeydə İT infrastruktur qurulmuşdur.
•   Bərdə rayon İcra Hakimiyyətində tam şəkildə müasir İnformasiya Telekommunikasiya avadanlıqları ilə təchiz edilmişdir.
•   Qazax rayonunun Müasir Təhsil Kompleksində İT infrastruktur qurulmuş və MDB-də ən böyük PLANİTARİUM qurulmuşdur.
•   Şahdağ Qış Turizm Olimpiya Kompleksinin baş ofisinin kompüter avadanlıqları və telekommunikasiya aparatları ilə təchiz etmişdir.
•   "Crown Hotel" - in ümumi İT infrastrukturu qurulmuş və proqram təminatı ilə təchiz edilmişdir.
•   Bank Avrasiyanın Sumqayıt şəhəri üzrə Rezerv Mərkəzinin İT infrastrukturu qurulmuşdur.
•   Bakı şəhər BAŞ TƏHSİL İDARƏSİ-nin tam müasir formatda İT avadanlıqlarla təchiz edilmiş, simsiz internet şəbəkəsi qurulmuşdur.
•   Tibb Universiteti tam müasir kompüter avadanlıqları ilə və multimediyalı dərslərin keçirilməsi üçün xüsusi avadanlıqlarla təchiz edilmişdir.
•   O2 klinikasını tam şəkildə informasiya telekommunikasiya avadanlıqları ilə təchiz etmişdir.
•   Zərifə Əliyeva adına məktəb, 6 saylı lisey və bir sıra məktəblər xüsusi kompüterlərlə təchiz edilmiş, müasir təhsilin tətbiqi üçün interaktiv lövhələr, multimediya dərsliklərin keçirilməsi üçün isə proyektorlarla təchiz edilmişdir.
•   ZaminBank-ın bir neçə filiallarının İT infrastrukturu qurulmuşdur.
•   Respublika üçün çox əhəmiyyətli olan E-TƏHSİL, E-SƏNƏD DÖVRİYYƏSİ, E-İMZA kimi layihələrin həyata keçirilməsinə başlamışdır.

 

2005 - 2006 - 2007

•   "Ambassador" oteldə simsiz internet şəbəkəsi qurmuşdur.
•   Azərbaycan Dövlət İqtisad Universitetində İT infrastruktur qurmuşdur.
•   DYP-nin Bakı, Sumqayıt şəhərləri və 12 rayon üzrə imtahan otaqlarını xüsusi kompüterlərlə və xüsusi DYP test imtahanları üçün proqram təminatı ilə təchiz etmişdir.
•   Xalq Bank-ın filiallarında İT infrastruktur qurulmuşdur.
•   Elektron məktəb layihəsi üzrə Azərbaycanın bütün bölgələrində olan məktəblərin kompüterləşməsini təmin etmişdir.

 

2004

•   AFFA-nın baş ofisinin İT infrastrukturu qurulmuşdur.
•   BSİ və AzStandard Servis-in baş ofisdə kompüter avadanlıqları ilə təchiz olunmuş və simsiz şəbəkə çəkilmişdir.
•    ULTRA şirkəti İntel Korporasiyası ilə birlikdə Milli Parkda yerləşən Bakı Biznes Mərkəzində Azərbaycanda və Cənubi Qafqazda ilk simsiz internetə giriş zonası (HOT SPOT ZONE) açmışdır.
•   ULTRA şirkəti Naxçıvan MR-nın icra hakimiyyəti, Naxçıvan şəhərinin meriyası, AR-nın Təhsil Nazirliyi, AR-nın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və İntel Korporasiyasının dəstəyi ilə MDB-də ilk dəfə Naxçıvan Muxtar Respublikasında Naxçıvan şəhərinin 3№-li orta məktəbində ən yeni kompüter texnologiyalarının istifadəsi ilə təhsilə yeni yanaşmanı təqdim etmişdir.


 
 Bank.İT.Elektron bank
 


Tərəfdaşlar üçün Biznes üçün Ev üçün